"Azeri Light" markalı neft neçiyədir?

   "Azeri Light" markalı neft neçiyədir?
  09 Aprel 2024    Oxunub:1011
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,39 ABŞ dolları, yaxud 1,47 % azalaraq 93,33 ABŞ dolları təşkil edib.
AzVision.az xəbər verir ki, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 90,56 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti