Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb

   Xankəndidə avtomat, pulemyot və qumbaralar aşkarlanıb
  09 Aprel 2024    Oxunub:553
Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar aşkarlayıblar.
Bu barədə AzVision.az - a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 8-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 7 qumbara, 68 patron darağı, 1840 ədəd müxtəlif çaplı patron, 11 ədəd süngü bıçaq, 1 ədəd rabitə qurğusu və digər sursatlar aşkar olunaraq götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti