Uralın səviyyəsi yenə artdı, daşqın ola bilər

Uralın səviyyəsi yenə artdı, daşqın ola bilər
  09 Aprel 2024    Oxunub:560
Ural çayında suyun səviyyəsi sutkada 25 sm artaraq 897 sm-ə çatıb.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Orenburq merinin teleqram kanalında məlumat verilib.

Sakmara çayı isə son 24 saat ərzində 22 sm artıb. Mütəxəssislərin sözlərinə görə, çərşənbə axşamı və çərşənbə günü suyun səviyyəsi daha da qalxacaq və pik həddə çatacaq.

Mer daşqın zonasında olan Orenburq sakinlərinə evlərini tərk etməyə çağırıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti