Nazir qırğızıstanlı həmkarını COP29 bağlı məlumatlandırdı

 Nazir qırğızıstanlı həmkarını COP29 bağlı məlumatlandırdı
  09 Aprel 2024    Oxunub:714
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə XİN başçısı “X”də yazıb.

“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”, - qeyd edilib.


AzVision.az


Teqlər:





Xəbər lenti