Kiyev "ikinci Avdeyevka" məğlubiyyəti ilə üzləşəcək - Xorvatiya saytı

 Kiyev "ikinci Avdeyevka" məğlubiyyəti ilə üzləşəcək    - Xorvatiya saytı
  09 Aprel 2024    Oxunub:937
Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin böyük itkiləri ilə Çasovıy Yar üzərində nəzarəti itirəcək.
Bu fikirlər Xorvatiyanın “Advance” saytında dərc olunan məqalədəndir.

Xarkovda vəziyyət çox ağırdır
Antun Roşa imzasıyla dərc olunan təhlil yazısında qeyd edilir ki, “Cəbhə xətii Kiyevə qəti şəkildə qane etməyəcək istiqamətdə dəyişəcək. Cəbhədə verilən hər yeni ərazi itkisi Kiyevə təzyiqləri daha da artıracaq. Sonda Ukrayna itkilərini etiraf etməyə və döyüşləri dayandırmaq üçün Rusiya ilə danışıqlar aparmağa razı olacaq”.

Analitikin fikrincə, Donbasda əvvəlki döyüş təcrübəsi göstərdi ki, inadkar müqavimətə baxmayaraq, Ukrayna qoşunları nəticədə Rusiya ordusunun güclü təzyiqləri altında hər hansı möhkəmləndirilmiş mövqeləri itirir.

Roşa Çasov Yarı Donetsk yaxınlığındakı Avdeyevka ilə müqayisə edib. Hansı ki, bu istiqamətdə Rusiya Silahlı Qüvvələri xeyli sayda döyüşçünü əsir alaraq Ukrayna ordusunu şəhərdən sıxışdırıb çıxara bilmişdi.

Xatırladaq ki, rusiyanın xüsusi təyinatlı qüvvələri Çasov Yarın yaxınlığında yerləşən strateji ərazini ələ keçiriblər.
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti