NATO ciddi daxili təşkilati problemlər yaşayır

   NATO ciddi daxili təşkilati problemlər yaşayır
  09 Aprel 2024    Oxunub:894
Şimali Atlantika Müqaviləsi Təşkilatı döyüş hazırlığını əhəmiyyətli dərəcədə azaldan ciddi daxili təşkilati problemlər yaşayır.
Bu barədə Britaniyanın “Times” qəzetinin köşə yazarı Edvard Lukas yazıb. Jurnalistin fikrincə, blokun komanda strukturunda tam xaos hökm sürür. Alyansın silah anbarı azdır, infrastruktur qeyri-adekvatdır, maddi-texniki təminat zəifdir, avadanlıqlar köhnəlib.

Lukas hesab edir ki, NATO ölkələrinin Rusiyaya hipotetik hərbi münaqişədə qalib gəlməsi üçün hesablamaları reallıqla qətiyyən uyğun gəlmir.

Avropalılar və amerikalılar nəinki Rusiyanın imkanlarını qiymətləndirmirlər, həm də öz imkanlarını yüksək olduğunu düşünürlər. Ona görə də Şimali Atlantika Alyansının döyüş hazırlığı blok rəsmilərinin səs-küylü bəyanatlarına uyğun gəlmir.


AzVision.az


Teqlər:





Xəbər lenti