Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

   Beyləqandakı qəzada xəsarət alanların vəziyyəti    AÇIQLANDI
  08 Aprel 2024    Oxunub:1080
Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Zəngilandan Zaqatala istiqamətinə sərnişin daşıyan "ISUZU" markalı avtobusun aşması nəticəsində 17 nəfər yaralanıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, 08.04.2024-cü il tarixində saat 08:30 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar xəsarət alan 20 nəfər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar:

"Hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır. Onlardan 18-də bədənin müxtəlif nahiyələrinin travması diaqnozu qeydə alınıb, 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti