"Qurumlar arasında koordinasiya işi zəifdir"

   "Qurumlar arasında koordinasiya işi zəifdir"
  08 Aprel 2024    Oxunub:805
"Bəzi qurumlar arasında koordinasiya işi zəif təşkil edilir, məlumat bazaları arasında inteqrasiya təkmil deyil".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatanın sədri Vüqar Gülməmmədov deyib.

O bildirib ki, 2023-cü ildə aparılmış maliyyə və uyğunluq auditləri üzrə aşkarlanmış nöqsanlar və onların yayılma dərəcəsindən asılı olaraq auditorlar tərəfindən verilmiş rəyləri 3 istiqamətdə qruplaşdırmaq olar:

"Dörd qurum üzrə müsbət və bütün meyarlara uyğunluqla bağlı rəy verilib. 19 qurum üzrə şərti müsbət və bəzi məsələlər istisna olmaqla hüquqi aktların tələb olması barədə rəy verilib. 13 qurum üzrə mənfi və bütün əhəmiyyətli aspektlərdə qanunvericilik əsasında müəyyən edilmiş meyarlara uyğun olmamaqla bağlı rəy verilib".

AzVision.az


Teqlər:





Xəbər lenti