Üç güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazandı - Foto

  Üç güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazandı -  Foto
  07 Aprel 2024    Oxunub:1193
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Belə ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:3 hesabı ilə qalib gəlib.

***
Azərbaycanın daha iki sərbəst güləşçisi Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanıb.

Məlumata görə, Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da beynəlxalq oyunda iştirak hüququ əldə edib.

Belə ki, T. Bayramov yarımfinalda ikiqat dünya və dördqat Avropa çempionu olan İtaliya təmsilçisi Frank Çamizonu üstələyib. Görüş 8:8 hesabı ilə yekunlaşıb. H. Əliyev isə Həmzət Arsamerzoyevə (Fransa) 5:2, ardınca Niurqun Skriabinə (AİN) 4:2 hesabı ilə qalib gələrək yarımfinalda İslam Dudayevlə (Albaniya) qarşılaşıb. 65 kq çəkidə çıxış edən Əliyev həlledici qarşılaşmanı da aktivinə yazıb. O, 0:3 hesabı ilə geridə olsa da, rəqibini 6:3 hesabı ilə məğlub edib.



AzVision.az


Teqlər:





Xəbər lenti