Şəmkirdə evdə partlayış: Xəsarət alanlar var - YENİLƏNİB

   Şəmkirdə evdə partlayış:    Xəsarət alanlar var - YENİLƏNİB
  07 Aprel 2024    Oxunub:1313
Şəmkir rayon Çaparlı kəndində qazsıması nəticəsində partlayış olub, xəsarət alanlar var.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985-ci il təvəllüdlü Azadə Mərdanova və 1 yaşlı uşaq xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(Report)
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

AzVision.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.




AzVision.az


Teqlər:





Xəbər lenti