Mariya Stadnik ukraynalı rəqibinə uduzub

Mariya Stadnik ukraynalı rəqibinə uduzub
  06 Aprel 2024    Oxunub:1305
Aprelin 6-da Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə uduzan Stadnik bu turnirdən "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Bu gün mübarizəyə qoşulan digər qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kiloqram) isə 1/4 finalda uduzaraq lisenziya qazana bilməyiblər.

AzVision.az


Teqlər: idman   güləş   Olimpiya  





Xəbər lenti