“Qarabağ” Lunyovla bağlı qalmaqala aydınlıq gətirdi

“Qarabağ” Lunyovla bağlı qalmaqala aydınlıq gətirdi
  06 Aprel 2024    Oxunub:1267
"Qarabağ"ın direktoru Emrah Çelikel qapıçı Andrey Lunyovla bağlı diqqət çəkən açıqlama verib.
Klub rəsmisi komandanın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsinə aydınlıq gətirib.

"İlk öncə onu deyim ki, bu günə qədər "Qarabağ"ın hansısa futbolçu ilə maaş problemi olmayıb. Bunu futbolçular da, agentlər də təsdiqləyə bilərlər. Lunyovla bağlı isə ilk olaraq onu deyim ki, futbolçunun gələn yaya kimi "Qarabağ"la müqaviləsi var. Onunla anlaşma 1+1 şərti ilə imzalanıb. Müqaviləyə hansısa dəyişikliyin edilib-edilməməsi də klubun səlahiyyətində olan məsələdir.

Menecerin müsahibəsində klubdan şikayətlənməsinə gəlincə, biz onunla danışdıq. Bildirdi ki, ortada anlaşılmazlıq olub. Çünki "Qarabağ"ın Lunyovla hər hansı danışığı olmayıb. Ola bilər ki, futbolçunun "Qarabağ"a keçidində vasitəçi olanlarla onun meneceri arasında hər hansı narahatlıqlar olsun. Biz bunda tərəf deyilik. Hazırda qapıçı ilə müqaviləmiz var. Hər hansı rəsmi danışığımız da olmayıb".
AzVision.az



Teqlər:





Xəbər lenti