Müvəkkil qərargahda hərbi hissənin Şərəf kitabına ürək sözlərini yazıb, eyni zamanda, Daxili Qoşunların Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçularının xatirəsinə həsr edilmiş guşələrlə tanış olub.
Şəxsi heyət üçün yaradılmış mənzil-məişət şəraiti, hərbi qulluqçuların əşya və ərzaq təminatının keyfiyyəti, onların yaxınları ilə əlaqə saxlamaları üçün quraşdırılmış taksofon aparatlarının olması müsbət qiymətləndirilib.
Ombudsman hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşüb. Hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, şəxsi heyətə ombudsmana müraciət formaları, həmçinin “916” - Çağrı Mərkəzi barədə məlumat verilib. Həmçinin müvafiq məlumat lövhələri şəxsi heyətə uyğun olan yerlərdə yerləşdirilməsi üçün hərbi hissə rəhbərliyinə təqdim edilib.
Görüşdə Səbinə Əliyeva hərbi hissə komandirinə xatirə hədiyyəsi və hərbi hissənin kitabxanası üçün müvafiq kitablar təqdim edib.
Sonra ombudsman Daxili Qoşunların rəhbərliyi ilə gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib.
AzVision.az