Daşkəsəndə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

   Daşkəsəndə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
  05 Aprel 2024    Oxunub:1148
Daşkəsən rayon Zəylik kənd tam orta məktəbində baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Daşkəsən rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, araşdırmalar zamanı həmin təhsil müəssisəsində 2018-2023-cü illərdə əsassız olaraq əmək haqqı ödənilməsi və digər yollarla dövlət büdcəsindən ayrılmış 56 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2-ci (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Faktla bağlı istintaq aparılır.

AzVision.az


Teqlər: hadisə   cinayət   Daşkəsən   prokurorluq  





Xəbər lenti