Sorğu: ABŞ-da hakimiyyət bölgüsü yaxşı işləmir
Sorğunun nəticələrinə görə, partiya mənsubiyyətindən asılı olmayaraq respondentlərin 53%-i prezident, ABŞ Konqresi və ABŞ məhkəmələri arasında hakimiyyət bölgüsünü təmin edən nəzarət və tarazlıq sisteminin öz işini lazımınca yerinə yetirmədiyini bildirib.
Sorğu iştirakçılarının 37%-i hesab edib ki, bu sistem hələ də müəyyən dərəcədə işləyir. Sorğu martın 21-dən 25-dək aparılıb. Ölkə üzrə 18 yaşdan yuxarı 1282 amerikalı iştirak edib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp martın 10-da bildirib ki, hazırkı dövlət başçısı Co Bayden 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə siyasi rəqibini təqib etmək üçün prezidentlik səlahiyyətlərindən sui-istifadə edir. Martın 4-də Tramp ona qarşı bütün ittihamların Ağ Ev və şəxsən Bayden tərəfindən koordinasiya edildiyinə əminliyini ifadə edib.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: