Azərbaycan və Monteneqro XİN-ləri arasında məsləhətləşmələr baş tutub
Görüşdə həmçinin Azərbaycan Respublikasının Serbiya Respublikasındakı, eyni zamanda Monteneqro və Şimali Makedoniyadakı Səfiri Kamil Xasiyev iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan Respublikası ilə Monteneqro arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları nəzərdən keçirilib.
Görüş zamanı nümayəndə heyətləri iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Məsləhətləşmələr çərçivəsində iki ölkənin daxili işlər, miqrasiya, əmək və sosial müdafiə sahələri üzrə səlahiyyətli dövlət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi təklifləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti mərhələsinin 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.
AzVision.az
Teqlər: XİN Monteneqro görüş