Dövlət Departamentinin işçi götürməyə pulu yoxdur

Dövlət Departamentinin işçi götürməyə pulu yoxdur
  04 Aprel 2024    Oxunub:1112
ABŞ Dövlət Departamenti resurslar və kadr təminatı ilə bağlı fəaliyyətində bir sıra çətinliklərlə üzləşir.
Bu barədə ABŞ dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma bildirib. O qeyd edib ki, hazırda ABŞ Dövlət Departamentinin tərkibində olan 300-ə yaxın səfirlik, konsulluq və daxili idarələrdə 77 minə yaxın diplomat çalışır:

“Rəqabətin artdığı, qlobal qarşılıqlı əlaqənin gücləndiyi dövrdə amerikalı diplomatlar və inkişaf mütəxəssisləri üçün əməkdaşlıq qurmaq və onu dərinləşdirmək çox vacibdir. Amma 2024-cü maliyyə ilinin 56,7 milyard dollarlıq büdcəsi 2023-cü maliyyə ilinin büdcəsindən 6 faiz azdır. 2025-ci maliyyə ilinin büdcəsi mart ayında 58,8 milyard dollar məbləğində tələblə açıqlanıb. Ötən ilin payızında ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi və Dövlət Departamentinin büdcəsini 15 faizdən çox azaldan qanun layihəsi vəziyyəti daha da çətinləşdirib”.

Departament rəsmisi bildirib ki, ABŞ xarici siyasət idarəsi Yaxın Şərq və Hind-Sakit okean regionunda çağırışlara cavab vermək üçün əlavə büdcə vəsaiti tələb edir. Onun sözlərinə görə, son 20 ildə Pentaqonun büdcəsi Dövlət Departamentinin büdcəsindən 10 dəfə çox artıb. Həmçinin ABŞ-ın xarici siyasət departamentinin fəaliyyəti Konqres tərəfindən məhdudlaşdırılır.

R.Verma vurğulayıb ki, Dövlət Departamentinə kifayət qədər maliyyə vəsaiti ayrılmaması ilə yanaşı, orta hesabla 13 faizlik ştat çatışmazlığı var. Namizədlərin təqribən 15 faizi illərdir ki, Dövlət Departamentinin qapısında gözləyir, xarici ölkələrə səfirlərin göndərilməsində də çətinliklər var. Bu səbəbdən bir neçə ölkədə diplomatik nümayəndəliklərin kadr heyətinin tam şəkildə formalaşdırılması gecikir.

AzVision.az



Teqlər:





Xəbər lenti