Paşinyan şəxsi mühafizəsini gücləndirdi

Paşinyan şəxsi mühafizəsini gücləndirdi
  04 Aprel 2024    Oxunub:935
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd ehtimalları artıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Hraparak" qəzetində dərc olunan məqalədə qeyd edilir ki, İrəvan rəhbəri təhlükəsizliklə bağlı tədbirləri xeyli artırıb.

"Paşinyanı aradan götürə bilərlər” - Sergey Markov
“Nikol Paşinyan özünün mühafizəsini gücləndirməkdə davam edir. O, bu istiqamətdə külli miqdarda pullar xərcləyir, təhlükəsizlik qüvvələrinə yeni işçilər cəlb edir. Baş nazirin təhlükəsizlik komandası yeni metodlardan da istifadə edir", - məqalədə yazılıb.

Sayt yazır ki, təzəlikcə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün hər biri 2 milyon 650 min dram olan metal detektorlar alınıb: "Ümumilikdə 10 milyon 600 min dram ödənilib. Əlbəttə, aidiyyəti qurumların metal detektorları var idi. Amma bəlkə də onlar daha müasir və etibarlısını seçiblər. Əgər Paşinyan dövlət təhlükəsizliyi ilə bağlı şəxsi təhlükəsizliyinə sərf etdiyi qədər səy göstərsəydi, Ermənistan həqiqətən də "Vətəndaş Müqaviləsi" Partiyası üzvlərinin səhərdən axşama kimi tostlarında bəyan etdikləri dinc İsveçrəyə çevrilə bilərdik”.
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti