"Zirə" "Qəbələ"yə qalib gəlib

   "Zirə" "Qəbələ"yə qalib gəlib
  03 Aprel 2024    Oxunub:1485
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
AzVision.az xəbər verir ki, "Zirə" və "Qəbələ" komandaları ilk matçlarını birincilərin evində keçiriblər.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra "Zirə"nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.

Kubokun son qalibi "Qəbələ" 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə ümidini davam etdirib. Görüş "Zirə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər cütdə ötən gün "Qarabağ" "Neftçi"ni səfərdə 4:0 hesabı ilə məğlub edib.

Mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.

AzVision.az


Teqlər: idman   futbol  





Xəbər lenti