25 partiya maliyyə hesabatını MSK-ya təqdim edib

   25 partiya maliyyə hesabatını MSK-ya təqdim edib
  03 Aprel 2024    Oxunub:1034
Mərkəzi Seçki Komissiyasına (MSK) 2023-cü il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, dövlət qeydiyyatına alınan 26 siyasi partiyadan 25-i maliyyə hesabatını MSK-ya təqdim edib.

Bu siyahıda yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) adı yer almayıb.

Siyasi partiyaların MSK-ya 2023-cü il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-i başa çatıb. MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

AzVision.az


Teqlər: siyasi-partiya   hesabat   MSK  





Xəbər lenti