Gediş haqqının elektron ödənişi üçün alətlərlə təchiz olunma halları təsdiqlənib

   Gediş haqqının elektron ödənişi üçün alətlərlə təchiz olunma halları təsdiqlənib
  03 Aprel 2024    Oxunub:818
Nazirlər Kabineti “Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları”nı təsdiqlənib.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, həmin hallar aşağıdakılardır:

- Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

- Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda.

Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması "Avtomobil nəqliyyatı haqqında" Qanunun 28.3-cü maddəsinə uyğun təşkil edilir.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar  





Xəbər lenti