Dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib

   Dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib
  03 Aprel 2024    Oxunub:1007
Nazirlər Kabineti “Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın təsdiq edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, siyahıya Milli Aviasiya Akademiyası, həmçinin Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi daxil edilib.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar  





Xəbər lenti