Ukraynada NATO-nun qeyri-hərbi missiyası yaradılır?

Ukraynada NATO-nun qeyri-hərbi missiyası yaradılır?
  03 Aprel 2024    Oxunub:985
NATO xarici işlər nazirləri Brüsseldə keçiriləcək görüş zamanı Ukrayna ərazisində qeyri-hərbi missiyanın yaradılmasını müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşa radiosunun efirində deyib.

Onun sözlərinə görə, görüşün mövzusu NATO-nun qeyri-hərbi missiyasına dair qərarın qəbulu imkanları ilə yanaşı, “Ukrayna, Rusiyanın Ukraynada neoimperialist işğalı”, alyansa üzv ölkələrin Kiyevə yardımı da olacaq.

Sikorski vurğulayıb ki, belə bir missiya reallaşsa, Şimali Atlantika Alyansının resursları Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək, onların NATO logistikasından və digər ümumi elementlərdən istifadə etmək imkanı verəcək: "Bu, döyüşlər aparan Ukraynaya əhəmiyyətli dəstək ola bilər".
AzVision.az



Teqlər: NATO  





Xəbər lenti