ABŞ İranın cavab zərbələrindən qorxur - “New York Times“

   ABŞ İranın cavab zərbələrindən qorxur    - “New York Times“
  03 Aprel 2024    Oxunub:828
"Vaşinqton rəsmiləri İsrailin İran konsulluğuna zərbə endirməsinin Yaxın Şərqdə gərginliyi artıracağından ehtiyat edirlər".
Bu fikirlər “The New York Times”da dərc olunan məqalədəndir.

Dəməşqə hücum nəticəsində ölən İran rəsmilərinin adları açıqlanıb
“ABŞ-nin hazırkı və keçmiş rəsmiləri çərşənbə axşamı İsrailin İranın Suriyadakı səfirliyinə təşkil etdiyi hava hücumunun bölgədə hərbi əməliyyatların artması və Tehranın Təl-Əvivlə yanaşı yanaşı, onun müttəfiqi Vaşinqtona qarşı da cavab zərbələri endirməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər”, - nəşr yazıb.

ABŞ rəsmiləri onu da əlavə ediblər ki, İsrailin məlum hücumu İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələrinə ciddi zərbə vurub.

Qeyd edək ki, bir müddət öncə İran prezidenti Rəisi İsrailin Dəməşqdəki konsulluğa hücumuna cavab verəcəyini vəd etmişdi.
AzVision.az



Teqlər:   İran   Suriya   ABŞ   İsrail  





Xəbər lenti