Ukrayna cəbhəsində böhran yaşanır - "Politico"

   Ukrayna cəbhəsində böhran yaşanır    - "Politico"
  03 Aprel 2024    Oxunub:995
"Əgər Rusiya ordusu öz qüvvələrini bir istiqamətdə cəmləşdirib güclü zərbə endirsə, Ukrayna Silahlı Qüvvələrinin qurduğu cəbhə tam dağılacaq".
Bu fikirlər məşhur "Politico" nəşrində dərc olunan məqalədəndir.

ISW: “Rusiya yeni böyk hücuma başlaya bilər”
Müəllifi Ukraynanın yüksək rütbəli hərbçilərinə istinad edərək yazıb ki, Kiyev nəinki cəbhədə xaos yaşa bilər, hətta Ukrayna ordusu xeyli geri çəkilmək məcburiyyətində qalacaq. Ukraynalı zabitlərin fikrincə xüsusən də son zamanlar belə bir risk daha çox yaranıb.

ABŞ nəşri Ukrayna Silahlı Qüvvələrinin zabitlərinin pessimist fikirlərindən sitat gətirib: “Hər şey rus generallarının güclərini hansı istiqamətdə cəmləşdirmək qərarına gəlməsindən asılıdır”.

Yazıda Rusiya hərbçilərinin döyüş əməliyyatları zamanı öz effektivliyini göstərmiş aviabombaların köməyi ilə Ukraynanın güclü müdafiəsini yarmağa müvəffəq olacağı da vurğulanıb. Müəllif Rusiyanın hazırda cəbhədə üstünlüyü ələ keçirməsinin ikinci amili kimi qoşun bölmələrinin say çoxluğunu göstərib.

Ukraynalı zabitin sözlərinə görə, Qərb artıq rusların Ukraynaya ardıcıl hücumlarının öhdəsindən gəlməyə kömək edə bilməyəcə: "Bizdə böhran yaşanır. Rusiya isə resurslarını toplayır və yayda güclü zərbələrə hazır olacaq".

Qeyd edək ki, iki gün öncə Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) da Rusiya qoşunlarının yazın sonunda və ya yayda genişmiqyaslı hücuma keçəcəyini proqnozlaşdırıb. ISW analitiklərinin fikrincə, Moskva daha çox Donetsk vilayətinin qərbində qüvvələrini cəmləşdirə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Cəbhə  





Xəbər lenti