Abdullahiyan və Quterreş arasında telefon danışığı baş tutub

   Abdullahiyan və Quterreş arasında telefon danışığı baş tutub
  02 Aprel 2024    Oxunub:765
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və BMT-nin baş katibi Antoniu Quterreş telefonla danışıblar.
AzVision.az xəbər verir ki, bu barədə İranın XİN rəhbəri "X" hesabında yazıb.

Onlar danışıq zamanı İranın Dəməşqdəki konsulluğuna İsrailin hücumu barədə müzakirə aparıblar.

Abdullahiyan Quterreşin diqqətinə çatdırıb ki, "bu məsələ BMT Təhlükəsizlik Şurasında lazımi reaksiya ilə qarşılanmalı, hücum pislənməlidir".

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   BMT   telefon-danışığı  





Xəbər lenti