"Qarabağ" "Neftçi"yə qalib gəlib

   "Qarabağ" "Neftçi"yə qalib gəlib
  02 Aprel 2024    Oxunub:999
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.
AzVision.az xəbər verir ki, günün yeganə oyununda "Neftçi" - "Qarabağ" komandaları üz-üzə gəliblər. Görüş Ağdam təmsilçisinin 4:0 hesablı qəsəbəsi ilə yekunlaşıb.

Matçda hesabı 14-cü dəqiqədə penaltidən Toral Bayramov açıb. O, 29-cu dəqiqədə dublunu rəsmiləşdirib. 37-ci dəqiqədə Marko Yankoviç üçüncü qolu meydan sahiblərinin qapısından keçirib. Matçın yekun nəticəsini 86-cı dəqiqədə Nəriman Axunzadə müəyyənləşdirib.

Komandaların arasında cavab qarşılaşması aprelin 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Yarımfinalın digər oyunu aprelin 3-də "Zirə" və "Qəbələ" arasında keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti