İstanbulda gecə klubunda yanğın: 29 ölü - FOTO/VİDEO - YENİLƏNİB

   İstanbulda gecə klubunda yanğın:    29 ölü - FOTO/VİDEO - YENİLƏNİB
  02 Aprel 2024    Oxunub:1734
İstanbul şəhərinin Beşiktaş rayonunun Qeyrəttəpə məhəlləsində 16 mərtəbəli binanın zirzəmisində yerləşən və təmir işləri həyata keçirilən gecə klubunda yanğın meydana gəlib.
Yanğında ölənlərin sayının 29-a çatdığı bildirilib.

* * *

17:33
Yenilənmiş məlumata görə, gecə klubundakı yanğın nəticəsində daha 2 nəfər həyatını itirib.

Ümumilikdə ölənlərin sayı 27-yə çatıb.

* * *

17:21
Ən son məlumata əsasən, yanğın zamanı ölənlərin sayı 25-ə çatıb.

* * *

17:09
AzVision.az xəbər verir ki, hadisə nəticəsində 16 nəfər həyatını itirib, 8 nəfər isə ağır xəsarət alıb.

Hadisə yerinə çox sayda polis, yanğınsöndürən və təcili yardım qüvvələri göndərilib.

Ədliyyə naziri Yılmaz Tunc hadisə ilə bağlı 5 nəfərin saxlanıldığını bildirib.

İstanbul şəhər Baş Prokurorluğunda faktla bağlı cinayət işi açılıb.


Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: Türkiyə   hadisə   yanğın  





Xəbər lenti