Tərtərdə mina partlayıb: 3 nəfər xəsarət alıb - YENİLƏNİB

  Tərtərdə mina partlayıb:  3 nəfər xəsarət alıb -  YENİLƏNİB
  02 Aprel 2024    Oxunub:1358
Tərtərdə baş verən mina partlayışı nəticəsində xəsarət alan şəxslərdən ikisi Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Bu barədə AzVision.az-a Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Onlardan 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxsə sağ bazu oynağının və boyunun açıq yarası, sağ yuxarı ətrafın və üzün çoxsaylı qəlpə yarası, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə hər iki ayağın amputasiyası, sol əlin qəlpə yaraları diaqnozları qoyulub.

Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hər birinə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

* * *

16:36
Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!.

AzVision.az



Teqlər: Tərtər   mina   partlayış  





Xəbər lenti