DTX dövlətə xəyanətdə ittiham olunan qadını həbs edib

   DTX dövlətə xəyanətdə ittiham olunan qadını həbs edib
  02 Aprel 2024    Oxunub:1152
Azərbaycanda qadın dövlətə xəyanətdə ittiham olunur.
Yusifova Validə Elçin qızı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Lakin cinayət işinin təfərrüatı haqda məlumat yayılmayıb. Artıq iş üzrə ibtidai istintaq tamamlanıb, toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

Xanım müttəhimə qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti