Ukraynalı məmurların maaşları artırılıb

   Ukraynalı məmurların maaşları artırılıb
  02 Aprel 2024    Oxunub:935
Ukraynanın mərkəzi dövlət orqanları işçilərinin orta əmək haqqı fevralda artaraq 43 min qrivna (1096 dollar) təşkil edib.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında məlumat verilib. Belə ki, yanvarda orta əmək haqqı 38 min qrivna (969 dollar) təşkil edib. Maliyyə nazirinin müavini Roman Ermoliçev bildirib ki, fevral ayında demək olar ki, bütün dövlət qurumları əmək haqqının yeni dərəcəsi sisteminə keçiblər ki, bu da orta əmək haqqı səviyyəsinin artmasına səbəb olub.

2024-cü il üçün Ukraynanın 43,9 milyard dollarlıq büdcə kəsiri planlaşdırılır. Eyni zamanda, ölkə hakimiyyəti kəsirin böyük hissəsini Qərb müttəfiqlərinin köməyi ilə bağlayacağını gözləyir. Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bəyan edib ki, büdcəyə hər ay tərəfdaşlardan 3 milyard dollar gəlir lazımdır.

Eyni zamanda, ilin ilk aylarında Aİ və ABŞ-da Ukraynaya yardım proqramlarının razılaşdırılmasının ləngiməsi ona gətirib çıxarıb ki, yanvar və fevral aylarında Kiyev tərəfdaşlardan cəmi 1,2 milyard dollar alıb.

Bütün bunların fonunda Ukraynanın maliyyə orqanları tibb və təhsil xərclərinin azaldılmasının zəruriliyini dəfələrlə bəyan edib və martın 1-dən etibarən Qərbin tələbi ilə köçkünlərin bəzi kateqoriyalarına ödənişlər ləğv edilib.


AzVision.az




Teqlər:





Xəbər lenti