Macarıstan Ukraynaya qoşun göndərilməsinə qarşı çıxıb

   Macarıstan Ukraynaya qoşun göndərilməsinə qarşı çıxıb
  02 Aprel 2024    Oxunub:905
Macarıstan Qərb qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı təklifləri qəbuledilməz hesab edir və Ukrayna ordusuna silah verilməsinə qarşı çıxmaqda davam edir.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Lefkoşada kiprli həmkarı Konstantinos Kombos ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. "Macarıstan, Kipr kimi, Ukraynaya silah vermir. Biz həmçinin Ukraynaya qoşun yeritmək imkanından bəhs edən bəyanatların qəti əleyhinəyik", - xarici işlər naziri bildirib.

O xatırladıb ki, Macarıstan hökuməti sülhsevər mövqedən çıxış edir, baxmayaraq ki, bu, hazırda Avropadakı əsas cərəyana şamil edilmir: "Təəssüf ki, əgər siz sülh tərəfdarı mövqe nümayiş etdirsəniz, dərhal damğalanırsınız və Aİ-də bu məsələlərlə bağlı rasional dialoq üçün çox az yer var".

AzVision.az


Teqlər:





Xəbər lenti