Nazir sosial yardımla bağlı xəbərdarlıq etdi

 Nazir sosial yardımla bağlı xəbərdarlıq etdi
  02 Aprel 2024    Oxunub:896
"Ünvanlı dövlət sosial yardım əldə edilməsində müxtəlif vasitəçilər meydana çıxıblar. Onlar yalandan bir günlük, bir aylıq şirkətlər və ya fərdi sahibkarlıq qeydiyyat nömrələri əldə edərək guya 50-100 nəfəri işə götürürlər. Onların adından ünvanlı sosial yardım üçün müraciət edirlər. Sosial sığorta haqlarını bir ay ödəyib, sonradan dayandırırlar. Onlar sadəcə saxtakarlıqla məşğul olurlar".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin canlı yayımında çıxışı zamanı deyib. Onun sözlərinə görə, nazirlik bununla bağlı daimi monitorinq həyata keçirir:

"Belə müvəqqəti iş yerləri üzərindən sırf ünvanlı dövlət sosial yardım üçün vasitəçilərə qarşı tədbirlər görülür. Artıq bir neçəsi barədə hüquq-mühafizə orqanlarına müraciət olunub. Vətəndaşlara səslənirəm ki, heç bir vasitəçinin köməyindən istifadə etməsinlər. Nazirliyin strukturlarına, elektron qaydada müraciət etsinlər. Prosedur sadələşdirilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti