Məktəbdə atışma: Üç uşaq yaralandı

  Məktəbdə atışma:  Üç uşaq yaralandı
  02 Aprel 2024    Oxunub:659
Finlandiyanın Vantaa şəhərində 800-ə yaxın şagirdin təhsil aldığı məktəbdə atışma baş verib.
AzVision.az "reuters"ə istinadən xəbər verir ki, hadisə nəticəsində üç uşaq yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

Polisin məlumatına görə, azyaşlı uşaq şübhəli şəxs qismində saxlanılıb.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti