AAYDA-nın "YouTube" kanalı hakerlər tərəfindən ələ keçirilib

   AAYDA-nın "YouTube" kanalı hakerlər tərəfindən ələ keçirilib
  01 Aprel 2024    Oxunub:1154
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmi "YouTube" kanalı bu gün naməlum hakerlərin hücumuna məruz qalıb və ələ keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə agentliyin "Facebook" hesabından bildirilib.

İzləyicilərdən diqqətli olmaları və adıçəkilən kanalı bəyənməmələri xahiş olunur.

Qurumun rəsmi "YouTube" kanalının tezliklə bərpası, yaxud yeni kanalın yaradılması barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.

AzVision.az


Teqlər: AYNA  





Xəbər lenti