“Poz-Qazan” oyunlarında martda 16 böyük uduş qazanılıb

   “Poz-Qazan” oyunlarında martda 16 böyük uduş qazanılıb
  01 Aprel 2024    Oxunub:718
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin bir-birindən əyləncəli “Poz-Qazan” oyunları böyük uduşlarla sevindirməyə davam edir.
Mart ayında “Poz-Qazan” oyunlarında ümumilikdə 16 böyük uduş qazanılıb. Onlardan “5X” lotereyasında böyük uduş – 100 000 manat Bakı sakininin qismətinə çıxıb.

Novruza özəl limitli sayda satışa çıxmış “Papaq at” lotereyasında da düz 12 ədəd böyük uduş şanslı qaliblərini tapıb. 2 ədəd 75 000, 10 ədəd biletdə isə 10 000 manat qazanılıb. Uduşlu biletlər Bakı, Ağdam, Ağdaş, Quba, Gəncə və Şəkidən alınıb. 75 000 manatın sahibi Emil Cəfərquliyev, digər 10 000 manatı qazananlar isə Yavər Abışov, Firəngiz Lətifova, Habil Əliyev, Vüqar Cəfərov, Asif Qənbərov, Niymət Xəlilov, Səyyad Quliyev, Rafiq Mirzəyev olub.

Bakıda daha bir 10 000 manatlıq bilet “Bombardir”də udulub. “Uğurlu 7” də 10 000 manatlıq uduşla Xırdalan sakininə uğur gətirib. “Göz Muncuğu” lotereyasında isə paytaxt sakini Yeganə Xıdırovaya 10 000 manat nəsib olub.

Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.



AzVision.az


Teqlər:





Xəbər lenti