HƏMAS liderinin bacısı İsraildə həbs edildi

 HƏMAS liderinin bacısı İsraildə həbs edildi
  01 Aprel 2024    Oxunub:912
Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin bacısı Səbaha Avad əl-Salam Haniyə İsraildə həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb. Nəşr İsrail polisinin bəyanatına istinadən məlumat yayıb.

Minlərlə israilli Netanyahuya qarşı aksiyalara başladı
Nəşrin məlumatına görə, 57 yaşlı qadın HƏMAS yaraqlıları ilə əlaqə saxlamaqda və İsraildəki terror aktlarına dəstək verməkdə şübhəli bilinir. O, İsrail polisinin Tel Şeva şəhərində keçirdiyi reyd zamanı saxlanılıb.

Əməliyyatçılar Haniyyənin bacısının evində 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrail yaşayış məntəqələrinə hücumunu dəstəkləyən sənədlər, telefon nömrələri, nağd pul və digər sübutlar tapıblar. Qadın aprelin 1-də həbsi ilə bağlı dinləmələr üçün Beer-Şeva şəhərində məhkəmə qarşısına çıxacaq.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS  





Xəbər lenti