Bu il 2023-dən də isti olacaq

Bu il 2023-dən də isti olacaq
  01 Aprel 2024    Oxunub:1989
2023 istiləşmə rekordunun qırıldığı il oldu. Amma bu il 2023-ə nisbətən daha isti ola bilər.
Bu barədə RBK-yə Voeykov adına Baş Geofizika Rəsədxanasının aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi Andrey Kiselev məlumat verib.

Qeyd edilir ki, ən isti illər "El Nino effekti"nin pik həddə çatdığı vaxtlara təsadüf edir. Bu təbiət hadisəsi ekvatorial Sakit okeanda suyun səth qatının temperaturunun dəyişməsindən ibarətdir. Bu isə ümumi iqlimə əhəmiyyətli dərəcədə təsir göstərir.

Əvvəlki güclü "El Nino" 2016-cı ildə olub. Yeni "El Nino" isə 2023-cü ildə başlayıb və onun bu ilin ortalarında sona çatması gözlənilir: "Tipik olaraq, "El Nino"nun ən böyük təsiri onun ikinci ilində baş verir".

Məqalədə deyilir ki, temperaturun yüksəlməsi buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması səbəbindən də təhlükəlidir. Bu, bir çox ərazilərdə güclü daşqın təhlükəsi yaradır.
AzVision.az



Teqlər: İsti  





Xəbər lenti