Səudiyyə Ərəbistanı Pakistanda iki SES tikəcək

Səudiyyə Ərəbistanı Pakistanda iki SES tikəcək
  01 Aprel 2024    Oxunub:2173
Səudiyyə İnkişaf Fondu və Pakistanın Azad Cammu və Kəşmir regionunun hökuməti iki su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsinə dair saziş imzalayıb.
Bu barədə Radio Pakistan dövlət yayım korporasiyası məlumat yayıb. Səudiyyə İnkişaf Fondunun icraçı direktoru Sultan bin Əbdülrəhman Əl-Mərşadın rəhbərlik etdiyi nümayəndə heyəti “Şounter” su elektrik stansiyasının və “Caqran - 4” su elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsinə dair sazişlərin imzalanması mərasimində iştirak etmək üçün Kəşmirə səfər edib.

“Şounter” su elektrik stansiyası layihəsinin reallaşdırılmasının dəyəri 66 milyon ABŞ dolları təşkil edəcək və onun istismara verilməsi 48 MVt-a qədər elektrik enerjisi istehsal etməyə imkan verəcək. “Caqran” SES-in tikintisi 41 milyon dollar dəyərində qiymətləndirilir, onun gücü 22 MVt olacaq.

Qeyd olunub ki, bu sazişlərin imzalanması Pakistanın İnvestisiyaların Təşviqi üzrə Xüsusi Şurasının işi sayəsində mümkün olub.

AzVision.az


Teqlər:





Xəbər lenti