"Seçki qutularını qoruyun" - Ərdoğan

   "Seçki qutularını qoruyun" -    Ərdoğan
  31 Mart 2024    Oxunub:1543
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçki qutularını və səsləri qorumağa çağırıb.
O bu barədə X sosial hesabında yazıb:

"Əziz yol yoldaşlarım, saat 17.00-dan etibarən bütün ölkə üzrə səsvermə başa çatıb. İndi seçki qutularını və səsləri qorumaq vaxtıdır. Son səslər hesablanana və nəticələr dəqiqləşənə qədər bütün bacı-qardaşlarımdan xahiş edirəm ki, onlara tapşırılan qutuları tərk etməsinlər və millətin iradəsini sona qədər dəstəkləsinlər".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti