Bakıda yaşayış binasındakı yanğın söndürülüb, 15 nəfər xəsarət alıb - YENİLƏNİB

  Bakıda yaşayış binasındakı yanğın söndürülüb, 15 nəfər xəsarət alıb -  YENİLƏNİB
  31 Mart 2024    Oxunub:1373
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Bildirilib ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.
***
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, artıq Sabit Rəhman küçəsi ilə Xan Şuşinski küçəsinin kəsişmədə, yaşayış binasında baş verən yanğın səbəbindən, Həsən Əliyev küçəsinin kəsişməsindən Səməd Vurğun küçəsinə giriş məhdudlaşdırılıb.
***
FHN-dən verilən məlumata görə, binanın elektrik şaxtasında baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
***
Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə AzVision.az-a TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, hadisə yerinə dərhal 13 təcili yardım briqadası cəlb olunub.

Yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.



AzVision.az


Teqlər:





Xəbər lenti