Daha sonra sayca altıncı “Könüllülük Proqramı”nın fəaliyyət planı haqqında məlumat verilib, bildirilib ki, üç ay davam edəcək proqram ərzində könüllülər müxtəlif təlimlərə qatılacaq, fərqli media subyektlərində təcrübə keçəcəklər.
MEDİA könüllüləri proqramının məqsədi media sahəsində mütəxəssislər hazırlamaq, gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, gənclərin bilik və bacarıqlarını artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaqdır.
AzVision.az