"Hizbullah" İsrailin hərbi obyektlərinə zərbə endirib

   "Hizbullah" İsrailin hərbi obyektlərinə zərbə endirib
  30 Mart 2024    Oxunub:2003
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İsrailə məxsus hərbi obyektləri raket və artilleriya mərmiləri ilə hədəfə alıb.
AzVision.az xəbər verir ki, bu barədə terror qruplaşmasının "Telegram" kanalında məlumat yayılıb.

Bildirilib ki, zərbələr 25 dəqiqə fasilə ilə Xirbət Mar və Raheb kəndlərindəki hərbi obyektlərə tuşlanıb.

Dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.

Ötən il oktyabrın 7-də Qəzza zolağında İsrail-HƏMAS müharibəsi başlayandan bəri İsrail Ordusu və "Hizbullah" arasında da sərhəddə müntəzəm toqquşmalar baş verir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hizbullah   Livan   zərbə  





Xəbər lenti