Tacikistan-Qırğızıstan 28 km-dən çox sərhəd xətti barədə razılığa gəlib

Tacikistan-Qırğızıstan 28 km-dən çox sərhəd xətti barədə razılığa gəlib
  30 Mart 2024    Oxunub:591
Tacikistan və Qırğızıstanın ümumi dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə topoqrafik işçi qrupları və hökumət nümayəndə heyətlərinin hüquqi qrupları 28,37 km mübahisəli ərazini təsvir ediblər.
Bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin “Xovar” agentliyinin saytında dərc olunmuş məlumatında deyilir. 2024-cü il martın 24-dən 29-dək Qırğızıstanın Batken şəhərində nümayəndələrin görüşü baş tutub, ondan sonra müvafiq protokol imzalanıb.

Qeyd olunub ki, tərəflər Qırğızıstan ərazisində baş tutacaq növbəti görüşdə qalan sahələrin təsviri üzrə işi davam etdirmək barədə razılığa gəliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti