NATO generalı: Rusiya alyans ölkələrinə hücum etmək niyyətində deyil

      NATO generalı:    Rusiya alyans ölkələrinə hücum etmək niyyətində deyil
  30 Mart 2024    Oxunub:724
“Rusiyanın hər hansı NATO ölkəsinə müdaxilə planlaşdırdığına dair heç bir əlamət yoxdur”.
Bunu NATO hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer “The Baltic Times”a açıqlamasında bəyan edib. Onun sözlərinə görə, Rusiya Federasiyasının Ukraynadan kənarda ambisiyaları da var:

“Biz bunu bilirik, ona görə də bütövlükdə alyans daha hazırlıqlı olmalıdır. Bütövlükdə Rusiyanın NATO üzvü olan hər hansı ölkəyə hücum etməyi planlaşdırdığına dair heç bir əlamət yoxdur. Düşünmürəm ki, birbaşa təhlükə var”.

Bauer onu da vurğulayıb ki, NATO Nizamnaməsinin 5-ci maddəsinin (kollektiv müdafiə haqqında) tətbiqi yalnız müttəfiq ölkəyə birbaşa hücum zamanı mümkündür.


AzVision.az


Teqlər:





Xəbər lenti