Qobi səhrasının sarı qumu Tokioda

   Qobi səhrasının sarı qumu Tokioda
  30 Mart 2024    Oxunub:703
Çindən hərəkət edən sarı qum-toz dumanı Yaponiyanın paytaxtı Tokioya çatıb.
Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Qeyd olunub ki, görmə məsafəsi 5 kilometrə qədər azala bilər. Sarı tozun təsirinə məruz qalmamaq üçün açıq havada uzun müddət qalmaq tövsiyə edilmir. Proqnozlara görə, bazar ertəsi Tokioda və qonşu regionlarda hava şəraiti normallaşacaq və hava yenidən təmizlənəcək.

Qeyd edək ki, pis hava şəraitinə Qobi səhrasından toz gətirən güclü külək səbəb olub. Toz dumanı əvvəlcə Çindən keçib, sonra Yaponiyaya çatıb. Adətən bu cür hadisələr yazda müşahidə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti