Salyanda qəzada yaralananların şəxsiyyətləri müəyyənləşib - YENİLƏNİB

 Salyanda qəzada yaralananların şəxsiyyətləri müəyyənləşib -  YENİLƏNİB
  29 Mart 2024    Oxunub:1305
Salyan rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri müəyyənləşib.
AzVision.az "Report"a istinadən xəbər verir ki, qəza nəticəsində Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Qafarov Elnur Xaləddin oğlu, 1981-ci il təvəllüdlü Səmədov Samid Xəlil oğlu, 1983-cü il təvəllüdlü Eldarov Davud Əliheydər oğlu, 1983-cü il təvəllüdlü Həsənov Cəmil Əlipənah oğlu, 1977-ci il təvəllüdlü Gözəlov Adıgözəl Ataxan oğlu, 1966-cı il təvəllüdlü İbrahimov Cavad Cahangir oğlu, 1977-ci il təvllüdlü Həsənov Şəfayət Əlipənah oğlu, 1996-cı il təvəllüdlü Rəhmanov İbrahim Telman oğlu, 1999-cu il təvəllüdlü Əliyev Cənnətalı Ülfət oğlu, 1983-cü il təvəllüdlü Əliyev Zamiq Əlixan oğlu, 2003-cü il təvəllüdlü İsmayılov İsmayıl Nəriman oğlu, 1992-ci il təvəllüdlü Cəbiyev İntiqam Musa oğlu və daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

* * *

20:42
Ələt-Astara avtomobil yolunda mikroavtobuslar toqquşub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində, Salyan rayonu ərazisində baş verib.

Nəticədə 10 nəfər xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Mikroavtobuslardan birində şirkətlərdən birinə məxsus işçilər olub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: hadisə   qəza   yaralı  





Xəbər lenti