Şahmatçılarımız beynəlxalq turnirdə qalib gəliblər

Şahmatçılarımız beynəlxalq turnirdə qalib gəliblər
  29 Mart 2024    Oxunub:1186
Serbiyanın Novi Sad şəhərində keçirilən "Beynəlxalq Şahmat Ustası" turnirində azərbaycanlı Əhməd Əhmədzadə, eləcə də Trinidad və Tobaqo Respublikasının bayrağı altında çıxış edən soydaşımız Alan-Səfər Ramoutar müvafiq I və II yeri tutublar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a verilən məlumata görə, yarışda 10 şahmatçı mübarizə aparıb.

9 raunddan ibarət turnirdə Əhməd Əhmədzadə 5 qələbə və 4 heç-heçə, Alan-Səfər isə 5 qələbə və 3 heç-heçə ilə yadda qalıb.

AzVision.az


Teqlər: idman   şahmat   qələbə  





Xəbər lenti