Stefan Sejourne Çinə gedəcək

 Stefan Sejourne Çinə gedəcək
  29 Mart 2024    Oxunub:1175
Fransanın xarici işlər naziri Stefan Sejourne aprelin 1-də Çinin xarici işlər naziri Van İ ilə görüşmək üçün Çinə səfərə edəcək.
Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyan deyib. “Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti ilə Fransanın xarici işlər naziri Stefan Sejourne aprelin 1-də Çinə gələcək”, - deyə qurumun rəsmi nümayəndəsi bildirib.

O, həmçinin vurğulayıb ki, qarşıdan gələn səfər Sejournenin Fransa Xarici İşlər Nazirliyinin rəhbəri kimi Çinə ilk səfəri olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti