Taksilər üçün məlumat lövhəsinin forması müəyyənləşib - FOTO

   Taksilər üçün məlumat lövhəsinin forması müəyyənləşib -    FOTO
  28 Mart 2024    Oxunub:1037
Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrində istifadə olunan məlumat lövhəsinin forması müəyyən edilib.
AzVision.az xəbər verir ki, bu, Nazirlər kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də öz əksini tapıb.

Qərara əsasən, məlumat lövhəsində sürücünün soyadı, adı, ünvanı, əlaqə nömrəsi, fotosu və nəqliyyat vasitəsinin buraxılış kartının nömrəsi təsvir olunacaq.

AzVision.az


Teqlər: Nazirlər-Kabineti   qərar   taksi  





Xəbər lenti